Cokoviçdən xeyirxah addım: Koronavirusa görə 1 milyon avro bağışladı

Cokoviçdən xeyirxah addım: Koronavirusa görə 1 milyon avro bağışladı

Dünyanın bir nömrəli raketka ustası Novak Cokoviç də koronavirusla mübarizəyə qoşulub.

Fanat.Az xəbər verir ki, Novak ailəsi ilə birlikdə Serbiyada pandemiya ilə mübarizəyə dəstək vermək üçün bir milyon avro bağışlayıb. Sözügedən məbləğ respirator və tibbi avadanlıqların alınmasına sərf olunacaq.

Serbiyada koronavirusa yoluxanların sayı 528-ə çatıb. Ölkədə 8 nəfər infeksiyadan dünyasını dəyişib.

Fanat.Az

Mənbə: fanat.az