“Qalatasaray”ın baş məşqçisi Fatih Terimin “Beşiktaş”la oyundan sonra məşqlərin ləğvi barədə qərarı bütün komandanın virusa yoluxmasının qarşısını alıb.
Publika.az xəbər verir ki, futbolçular təxirə salma qərarı elan edilənə qədər 4 gün bir araya gəlməyib.
F.Terim bu qərarı verməsəydi, bütün futbolçular koronavirus təhlükəsi ilə üz-üzə qalacaqdı. Bu sayədə təcrübəli baş məşqçinin göstərişi ilə evlərində qalan futbolçular böyük təhlükədən qurtulub.
Qeyd edək ki, Fatih Terim koronavirusa yoluxduğu üçün xəstəxanada saxlanılır.
Tağı Həsənov
Mənbə: publika.az