“Azərbaycan mənə komfortludur” – Frutos

“Keşlə”nin hücumçusu Lorenso Frutos Azərbaycanda koronavirus dövründə keçirdiyi günlərdən danışıb.

Qol.az xəbər verir ki, ölkəsi Paraqvayın mətbuatına müsahibəsində o deyib: “Burada hər şey dayandırılıb. Çox yer bağlıdır. Çempionat və məşqlərdə fasilə yaranıb. Amma tək deyilik. Vəziyyətdən çıxmağa çalışırıq”.

O qeyd edib ki, komandasının çempionatda durumu yaxşıdır: “Üçüncü yerdəyik. Yarışın bitməsinə 8 tur qalıb. Avropa Liqası zonasındayıq. Həm futbolçu kimi, həm də şəxsi planda burada mənə komfortldur”.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan millisinin ölkə xaricində qalan voleybolçuları bəlli olub

SONRAKI XƏBƏR

Xaçmazda karantin rejiminə əməl edilməsi ilə bağlı reyd keçirilib