Ronaldodan klubuna böyük jest: İmtina etdi...

Ronaldodan klubuna böyük jest: İmtina etdi...

İtaliya “Yuvestus”unun futbolçusu Kristiano Ronaldo daha bir xeyirxah addım atıb.

Axar.az xəbər verir ki, portuqaliyalı futbolçu “Yuventus”un texniki heyət və digər işçilərinin maaşlarının ödənişində çətinlik yaşanmaması üçün öz əmək haqqından 3,8 milyon avro kəsilməsinə razılıq verib.

Qeyd edək ki, İtaliyada yeni tip koronavirus iqtisadiyyata zərbə vurmaqla yanaşı, futbol klublarında maliyyə böhranının yaranmasına yol açıb.

Mənbə: axar.az