UEFA-dan iddialara sərt cavab: “Bu, axmaqlıqdır!”

UEFA-dan iddialara sərt cavab: “Bu, axmaqlıqdır!”

UEFA prezidenti Aleksander Ceferin UEFA-ya yönələnittihamları rədd edib.

Sport7.az xəbər verir ki, İspaniya mətbuatı UEFA-nıİtaliyadakı kütləvi yoluxmaların əsas səbəbkarı kimi göstərmişdi. İddialara görəfevralın 20-də keçirilən "Atalanata” – "Valensiya” qarşılaşması koronavirusunİtaliyada sürətlə yayılmasına səbəb olub.

"Atalanata”nın 4:1 hesablı qələbəsiylə yekunlaşan həminqarşılaşmada "San Siro”nun dolu tribunaları qarşısında keçirilmişdi.

UEFA prezidenti bu iddialara belə cavab verib: "Beləbir iddialar mən də eşitdim. Sadəcə, axmaqlıqdır. "Valensiya” – "Atalanta”qarşılaşması İspaniyada keçirilən vaxt Avropanın hər yerində çempionatlarkeçirilirdi. Yalnız azarkeşlərin stadiona girişinə qadağa vardı. Biz dəİspaniyadakı görüşü azarkeşsiz oynatdıq. İlk oyun zamanı isə vəziyyətin belə şəkilalacağını heç kim bilmirdi. Belədə oyunu azarkeşsiz keçirmək üçün hansı əsasıirəli sürəcəkdik? Kim deyərdi ki, Lombardiya bölgəsində virus belə sürətləyayılacaq?”

Sport7.az

Mənbə: sport7.az