UEFA açıqladı – Oyunlar nə vaxt başlayır?

UEFA açıqladı – Oyunlar nə vaxt başlayır?

UEFA prezidenti Aleksandr Çeferin yerli liqaların, UEFA Çempionlar Liqası və Avroliqanın başlayacağı tarix haqqında təxmini proqnoz verib.

Axar.az xəbər verir ki, A.Çeferin oyunların başlaması üçün qarşılarında 3 seçim olduğunu deyib:

“Mayın ortası, iyunun əvvəli və ya sonunda oyunlar yenidən başlaya bilər. Bunu edə bilməsək, çox güman ki, mövsüm bitmiş hesab ediləcək. Və yaxud növbəti mövsümü daha gec başlamaq şərti ilə yarım qalan oyunları yeni mövsümün əsas vaxtında da keçirə bilərik. Liqa və klublar üçün hansı variant uyğundursa, onu seçəcəyik. Heç kim bu pandemiyanın nə vaxt bitəcəyini bilmir. Bizim əlimizdə A, B və C planları var”.

UEFA prezidenti qeyd edib ki, oyunlara azarkeşlərin buraxılıb-buraxılmaması isə dəqiq deyil:

“Əgər alternativ variant olmasa, liqaları yekunlaşdırmaq üçün oyunlar azarkeşsiz oynanılacaq”.

Mənbə: axar.az