Dmitri Nəzərov komandasına dəstək olacaq

Dmitri Nəzərov komandasına dəstək olacaq

Milli komandamızın hücumçusu Dmitri Nəzərovun formasını geyindiyi “Ersgebirge”nin futbolçuları və məşqçi heyəti kluba dəstək olmaq qərarına gəlib.

Offsideplus.az xəbər verir ki, komandanın oyunçuları futbol matçlarının dayandırıldığı dövrdə kluba maddi dəstək olmaq niyyətindədir.

Komandanın kapitanı Martin Mannel bu barədə qərarın yaxın günlərdə qəbul olunacağını bildirib.

Mənbə: offsideplus.az