Prosineçkinin koronavirus testinin nəticəsi açıqlandı

Prosineçkinin koronavirus testinin nəticəsi açıqlandı

Milli komandamızın sabiq baş məşqçisi Robert Prosinkeçki koronavirus testindən keçib.

Fanat.Az xəbər verir ki, hazırda "Bursaspor"a başçılıq edən xorvat mütəxəssis komanda üzvləri ilə birlikdə analiz verib.

Prosineçkinin testi mənfi çıxıb. Onunla yanaşı, klub prezidenti Berna Gözbaşı, vitse-prezident Mustafa Tokgöz, klub rəsmiləri Onur Gözbaşı və Süleyman Akın, həmçinin baş məşqçinin köməkçiləri - Qordon Çipriç və Draqan Spasiçdə də koronavirus aşkarlanmayıb. Bununla yanaşı, adı açıqlanmayan bir klub rəsmisinin testi müsbət nəticə verib.

Fanat.Az

Mənbə: fanat.az