Çeferindən Çempionlar Liqası ilə bağlı şok açıqlama

UEFA prezidenti Aleksandr Çeferin mövcud vəziyyətlə bağlı danışıb.

Offsideplus.az xəbər verir ki, İtaliyanın nüfuzlu "La Repubblica" qəzetinə açıqlama verən qurum rəhbəri vəziyyətin çox gərgin olduğunu və hazırda nə qərar qəbul edəcəklərini bilmədiyini deyib. Çeferin koronavirus pandemiyasına görə, yarımçıq dayandırılan Çempionlar Liqası və Avropa Liqasında mövsümün tamamilə ləğv edilə biləcəyi məsələsini də gündəmə gətirib:

"Hazırda 3 şansımız var. Ya may ayının ortalarında, ya da iyunda mövsümə davam edəcəyik. Əgər bunu bacara bilməsək, çox güman ki, mövsüm ləğv ediləcək. Ya da, növbəti mövsümü daha gec başlatmaqla bu problemi həll edə bilərik".

Çeferin hazırda hər şeydən önəmli məsələnin insan həyatı olduğunu vurğulayıb.

Offsideplus.az

ƏVVƏLKİ XƏBƏR

“8-ci kilometr” bazarı bağlandı: Satıcıların son iş günü belə yadda qaldı – VİDEO

SONRAKI XƏBƏR

"Oğlumun motosikletini satdım" - Brilliant Dadaşova