Təşkilat Komitəsinin sədri: “Koronavirus pandemiyasının nəticələri Paris-2024-ə də təsir edəcək”

Təşkilat Komitəsinin sədri: “Koronavirus pandemiyasının nəticələri Paris-2024-ə də təsir edəcək”

“Təşkilatçılar bütün planlara yenidən baxacaq. Biz 2020-ci ilin sonunadək hər şeyin tam bərpa olunacağını planlaşdırırdıq, bu çox yayıldı”.

Apasport.az saytının məlumatına görə, bunu Paris-2024 Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinin sədri Toni Estanqe deyib.

Kayak və kanoelərdə avarçəkmə üzrə üçqat Olimpiya çempionu bildirib ki, Tokio-2020-nin təxirə salınmasına səbəb olan koronavirus pandemiyası növbəti yarışa da təsir edəcək: “Bəli, koronavirus pandemiyasının nəticələri Paris-2024-ə də təsir edəcək. Amma əminəm ki, biz adaptasiya keçməyə və iddiamızı saxlamağa qadir olacağıq. Tərəfdaşlar tapmaqda böyük iddialarımız var. İndi biz bilirik ki, bu böhran müəyyən sayda biznes sektorlarına da toxunacaq. Yəqin həmin şirkətlərə bir az vaxt vermək lazım gələcək ki, işlərini yenidən qurub, sonra bu səviyyədə tərəfdaşlığı nəzərdən keçirsinlər”.

Qeyd edək ki, Paris Olimpiadası 2024-cü il iyulun 26-dan avqustun 11-dək keçirilməlidir.

Mənbə: apa.az