Futbolçular koronavirusdan sonra – Şəkillər

Futbolçular koronavirusdan sonra – Şəkillər

Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Aksel Vitsel və Belçika Futbol Federasiyası İnstaqramda məzəli paylaşım edib.

Qol.az xəbər verir ki, belçikalı oyunçu koronavirusla bağlı elan olunan karantinin insanlara necə təsvir edəcəyini zarafatla ifadə edib. Futbolçunun paylaşdığı şəkildə komandanın bütün oyunçlarının saçının uzandığı və Vitselə bənzədiyi görünür.

O, şəklə “Təcrid vəziyyətində komanda saçını qırxdıra bilməyəndə” sözlərini yazıb.

Bundan bir neçə saat sonra isə Belçika Futbol Federasiyasının saytı da bənzər şəkil paylaşıb. Bu şəkildə isə millinin oyunçuları yer alıb.

Vitselin paylaşımı

Belçika Futbol Federasiyasının paylaşımı

Mənbə: qol.az