Qurdaladıqca qurd çıxır

Dünyananın başı dərddədi. "CoVid-19” virusu ilə mübarizə qəribə duyğulara meydan verir. İsanlar ümumbəşər problemə qarşı birlik nümayiş etdirir. Bu gün qlobal epidemiya qarşı inamla döyüşmək isə həm ictimai, həm də şüuraltı məsələdi. Fəlsəfənin dərinliklərinə varmadan keçək əsas məsələyə...

Hazırda bəlli səbəbdən "iflic olmuş” ən güclü çempionatlarda top qovan ulduzların sərgilədiyi insanlıq göz qabağındadı. Messi, Ronaldu, Levandovski, De Xea kimi futbolçular, tanınmış məşqçilər para yardımı ilə diqqət çəkir. Joze Mourinyu maddi yardım fonunda həm də yaşlılara ərzaq daşıyır, Pep Qvardiola 1 milyon avro ianə edir, Tobi Alderveyreld xəstələrin öz yaxınları ilə əlaqə saxlamasını asanlaşdırmaq üçün yüzlərlə planşet alır.

Azərbaycan da ümumbəşər bəla statusu alan koronavirusa qarşı mücadilədədi. Neçə müddətdi ciddi tədbirlər görülür, infeksiyanın əhali arasında sürətlə yayılmaq ehtimalı nəzərə alınaraq mövcud rejim tətbiq edilir. İndi hər kəsin bir Yer vətəndaşı – bir azərbaycanlı kimi insanlığın dərdinə məlhəm olmağa can atması mənəvi borcdu. Şübhəsiz, mənəviyyatı olanlar mənəvi borc anlayışını qavrayır. Həyata dar bucaqdan baxanların ruhunu aydınlatmağa çalışmaq isə müşkül missiyadı.

...Ölkənin məşhur idmançılarının sıravi Azərbaycan vətəndaşından azı 10 dəfə yaxşı yaşaması faktdı. Lap karyerasını 4-5 il öncə bitirənlər də belə desək, özünə gün ağlaya bilib.

Kiminsə pulunu saymaq niyyətindən çox uzağam. Sözgəlişi dedim.

Bir-ikisi müəyyən məbləğdə səxavət nümayiş etdirərək yürüdülən siyasəti dəstəklədiyini göstərib və ya göstərməyə çalışıb. Elələri də var ki, "sağ əlin verdiyini sol əl bilməməlidi” deyiminə sadiq qalmağı üstün sayır. Bunun hazırkı vəziyyətdə nə dərəcədə düzgün yanaşma olduğunu çək-çevir etmək başqa söhbətin mövzusudu. Amma verdiyi dəstəyi gizli saxlayanlar da idman ictimaiyyətində xüsusi təqdimata ehtiyacı olmayan 3-5 nəfərdi. Qalanlarına "sən qlobal pandemiya - koronavirusla mübarizə uğrunda nə etmisən” sualını ünvanlamaq isə məncə, bir qədər mübahisəli məsələdi. Üz vurmayın... Qurdaladıqca qurd çıxır...

Fanat.az

ƏVVƏLKİ XƏBƏR

İctimai iaşə obyektlərində yerində xidmət dayandırılır - Bəs onlayn ticarət necə qurulmalıdır? - VİDEO

SONRAKI XƏBƏR

Qadağalar işə yaradı: Bu pişik 30 il sonra ilk dəfə göründü - VİDEO