Onu almaqdan imtina etdilər

Onu almaqdan imtina etdilər

Çililifutbolçu Arturo Vidal daha "İnter”in transfer siyahısına daxil deyil.

Kaspi.azxəbərt verir ki, "İnter” "Barselona”nın yarımmüdafiəçisini almaqdan vaz keçib.Vidalın trasnferini Milan nəhənginin baş məşqçisi Antonio Konte tələb edirdi.

Konte həttaVidalla bu barədə qış transferi zamanı müzakirə də aparmışdı. Amma həmin vaxtonun keçidi alınmamışdı.

İndi isə"İnter”in Vidalın transferindən, ümumiyyətlə, imtina etdiyi bildirilir. Məsələilə bağlı başqa heç bir şərh verilmir.

Vidalcari mövsümdə "Barsa”nın heyətində 22 oyun keçirib və 6 qol vurub.

Mənbə: kaspi.az