Bu ölkədə bütün çempionat oyunları birdəfəlik dayandırıldı

Bu ölkədə bütün çempionat oyunları birdəfəlik dayandırıldı

Koronavirus səbəbindən Portuqaliyada aşağı yaş qruplarına aid bütün futbol çempionatları birdəfəlik dayandırılıb.

Offsideplus.az xəbər verir ki, məlumatı futbol federasiyasının rəsmi saytı yayıb.

Mövsüm bitirilmiş liqalarda çempion müəyyən olunmayacaq və yalnız yüksək liqaya yüksələn komandalar bilinəcək.

Qeyd edək ki, bu qərar Portuqaliyada peşəkar futbol liqalarına aid deyil. Əsas çempionatlarının məsələsinə tezliklə baxılacaq.

Mənbə: offsideplus.az