Tanınmış futbolçunun restoranı xəstəxanalar üçün yemək hazırlayır

Tanınmış futbolçunun restoranı xəstəxanalar üçün yemək hazırlayır

İtaliyanın "Napoli" klubunun futbolçusu Arkadiuş Milik xeyirxah addımı ilə gündəmə gəlib.

"Report"un məlumatına görə, polşalı hücumçunun ölkəsinin Katovitse şəhərindəki restoranı koronavirus pandemiyası ilə bağlı yaranmış vəziyyətlə əlaqədar xəstəxanaları yeməklə təmin edir.

Bu barədə 28 yaşlı forvard özünün şəxsi "Instagram" hesabında paylaşım edib. Hazırda məkan ziyarətçilər üçün qapalı olsa da, şəhərdəki tibb müəssilərinə yemək çatdırır.

İndiyədək Polşada 1771 nəfər koronavirusa yoluxub. Onlardan 20-si dünyasını dəyişib.

Qeyd edək ki, Arkadiuş Milik 2016-cı ilin yayından "Napoli"də çıxış edir.

Mənbə: report.az