Şakiri "Liverpul"dan ayrılır?

Şakiri "Liverpul"dan ayrılır?

"Liverpul"un futbolçusu Cerdan Şakiri klubunu dəyişə bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, yarımmüdafiəçi ilə CSKA Moskva, "Sevilya" və "Roma" maraqlanır.

Mersisayd təmsilçisi qış transfer pəncərəsində Şakiriyə olan bir sıra təklifləri geri çevirsə də, yayda onu 28 milyon funt-sterlinq qarşılığında satmağa razı olduğunu bildirmişdi.

Qeyd edək ki, "Liverpul"la 2023-cü ilə qədər müqaviləsı olan Şakiri cari mövsüm ərzində 8 oyunda iştirak edib.

Mənbə: news.milli.az