Həbibin ABŞ döyüşü LƏĞV OLDU

Həbibin ABŞ döyüşü LƏĞV OLDU

Rusiyalı döyüşçü Həbib Nurməhəmmədov Dağıstanda Toni Fergusonla döyüşə hazırlaşır.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə H.Nurməhəmmədovun atasə Abdulmanap Nurməhəmmədov məlumat verib. O qeyd edib ki, aprelin 18-də Bruklində keçirilməsi nəzərdə tutulan döyüş koronavirusa görə ləğv edilib və hazırda təşkilatçılar yeni məkan axtarırlar:"Dəqiq bir şey deyə bilmərəm. Həbib döyüşə Dağıstanda hazırlaşır. Heç nə bizdən asılı deyil. Amerikada döyüşün olmayacağını söylədilər. Hamını Rusiyada gözləyirik. İstərdim ki, burada mübarizə aparaq. Həbib karyerası boyu ən əla formadadır".

Mənbə: news24.az