Futbolçuların maaşları azaldıldı - Yuve 90 milyon avro irəli düşəcək

Futbolçuların maaşları azaldıldı - Yuve 90 milyon avro irəli düşəcək

Koronavirus pandemiyası səbəbilə İtaliyanın köklü klublarından olan Yuventus futbolçuların maaşını azaldıb. Oyunçularla yanaşı baş məşqçi Maurisio Sarri də dörd aylıq əmək haqqının azaldılmasına razılıq verib. Bu barədə klubun rəsmi saytı məlumat verib. Futbolçuların bu addımı Turin təmsilçisini 90 milyon avro irəli salacaq. Qarşıdakı həftələrdə Sarri və futbolçularla yeni sözləşmə imzalanacaq. Klub rəhbərliyi isə öz növbəsində vəd verib ki, mövsüm bərpa olunarsa, futbolçuların maaşı artırılacaq.

Qeyd edək ki, A seriyasının oyunları 26 cı turdan sonra dayandırılıb

Mənbə: www.atv.az