Ulduz qapıçı 200 min dollara Fransadan çıxdı

Ulduz qapıçı 200 min dollara Fransadan çıxdı

PSJ-nin qapıçısı Keylor Navas Kosta-Rikaya uçmaq üçün böyük məbləğdə pul xərcləyib.

Fanat.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, koronavirus pandemiyası üzündən Fransada karantində olan qapıçı ölkəsinə yollanıb.

Məlumata görə, Navas martın 27-də şəxsi təyyarə ilə Fransadan ayrılıb. Ailəsinin yanına qayıtmaq istəyi qolkiperə 200 min dollara başa gəlib.

Qeyd edək ki, Liqa 1 təxirə salınıb və çempionat iştirakçıları karantinə alınıb.

Mənbə: www.fanat.az