“Atletiko”nun 14 yaşlı futbolçusu öldü

“Atletiko”nun 14 yaşlı futbolçusu öldü

İspaniyanın "Atletiko" klubunun U-14 komandasında çıxış edən Kristian Minşola vəfat edib.

"Qafqazinfo" xarici xəbər verir ki, 14 yaşlı futbolçu infarktdan dünyasını dəyişib.

Məlumatı Madrid təmsilçisinin rəsmi saytı yayıb.

Qeyd edək ki, Minşola U-14 komandasında 50-dən çox qol vurub. O, gələcəyin ulduz futbolçularından hesab olunurdu.

 

Mənbə: qafqazinfo.az