"Finalların azarkeşsiz oynanmasını istəmirəm" - Çeferin

UEFA prezidenti Aleksander Çeferin koronavirus üzündən dayanan avrokubokların taleyi ilə bağlı danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, qurum rəhbəri qarşılaşmaların azarkeşsiz keçirilə biləcəyini bildirib:

"Bütün oyunların azarkeşsiz keçiriləcəyini təsəvvür etmək çətindi. Ancaq indiki vaxtda görüşləri tamaşaçı ilə davam etdirə bilmərik. Hər halda çempionatları bitirmək daha yaxşıdır. Bunun üçün çalışırıq. Amma etiraf edim ki, avrokubok finallarının azarkeşsiz oynanmasını istəmirəm".

Qeyd edək ki, Çempionlar Liqası və Avroliqa qarşılaşmaları irəli bir tarixədək təxirə salınıb.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ yeni düzən qurur: "Ümumdünya hökuməti"... – Sensasion şərh

SONRAKI XƏBƏR

Rumıniyada koronavirusa yoluxanların sayı artıb