Fransa telekanalı Messini bənzəri ilə səhv saldı – FOTO

Fransada yayımlanan “M6” telekanalının müxbirləri canlı yayımda gülməli səhvə yol veriblər.

“Givemesport” xəbər verir ki, telekanal “Barselona”nın əfsanəvi hücumçusu Lionel Messini onun bənzəri iranlı Rza Parasteşlə səhv salıblar.

Qeyd etmək lazımdır ki, “M6” koronavirusla mübarizəyə böyük məbləğdə vəsait ayıran idmançılar haqqında süjet hazırlayıb.

Süjet yayımlanarkən ekranda məşhur tennisçi Rocer Federerlə yanaşı Messinin əvəzində R.Parasteşin şəkli əks olunub.

Xatırladaq ki, Messi koronavirusla mübarizəyə bir milyon avro vəsait ayırıb.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Aprel döyüşləri və Lələtəpə əməliyyatı barədə cizgi filmi hazırlandı - VİDEO

SONRAKI XƏBƏR

Bakıda şəxsi avtomobillərin cərimələnməsi ilə bağlı xəbərlərə AÇIQLAMA - VİDEO