"Formula 1" bolidi ilə kartinq maşınını qarışdırmayın" - Benzema özünü Jiru ilə müqayisə etdi

"Formula 1" bolidi ilə kartinq maşınını qarışdırmayın" - Benzema özünü Jiru ilə müqayisə etdi

"Real"ın hücumçusu Kərim Benzemaya "Çelsi"nin forvardı Olivye Jirudan güclü olub-olmadığı ilə bağlı sual ünvanlanıb.

Fanat.Az xəbər verir ki, Benzema özünü "Formula 1" bolidinə bənzədib:

"Sonuncu dəfə bu suala cavab verəcəm. Qısa-konkret deyəcəm: "Formula 1" bolidi ilə kartinq maşınını qarışdırmayın. Burada "Formula 1" bolidi mənəm. Jiru haqda daha çox danışmaq istəmirəm. Qollarını vursun, titullarını qazansın. Onun öz həyatı var, mənim öz... Növbəti suala keçək".

Fransa millisinin heyətində 81 oyunda meydana çıxan Benzemanın aktivində 27 qol var. 32 yaşlı futbolçu Matye Valbuena ilə arasında baş verən qalmaqal səbəbindən 2015-ci ildən bəri yığmaya çağırılmır.

Fanat.Az

Mənbə: fanat.az