Martinesin "Barselona"ya transferi baş tutmaya bilər

Martinesin "Barselona"ya transferi baş tutmaya bilər

"İnter"in hücumçusu Lautaro Martinesin (Lautaro Martinez) "Barselona"ya (Barcelona) keçidi reallaşmaya bilər.

Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "İnter"in prezidenti Stiven Çjan klubu tərk etmək istəyi olmayan əsas oyunçuları transfer bazarına çıxarmaq niyyətində deyil. Lautaronun isə komandadan ayrılmaq niyyətində olmadığı bildirilir. Onun bu barədə klub rəhbərliyi ilə söhbəti olmayıb.

Argentinalı futbolçu "İnter"in titullar uğrunda mübarizə aparmaq gücündə olduğunu düşünür. Məhz bu səbəbdən Martines "Barselona" və ya "Mançester Siti"yə keçmək barədə düşünmür.

"Barselona"nın 22 yaşlı oyunçunu heyətinə qatmaq üçün bir variantı qalır. Katalon klubu onun müqaviləsində göstərilən təzminat məbləğini - 111 milyon avro - ödəməlidi.

Cari mövsümdə İtaliya A Seriyasında 22 matçda meydana çıxan Martinesin aktivində 11 qol, 4 məhsuldar ötürmə var.

Fanat.Az

Mənbə: fanat.az