Azərbaycanlı futbolçu Qazzayevi biabır etdi

Azərbaycanlı futbolçu Qazzayevi biabır etdi

Kiyev"Dinamo”sunun sabiq futbolçusu, Azərbaycan kökənli Aleksandr Əliyev çalışdığı məşqçilərbarədə danışıb. Kaspi.azxəbər verir ki, Əliyev Valeri Qazzayevin məşqlərini bəyənmədiyini bildirib. O,Qazzayevin məşqlərini "tamamilə mənasız” adlandırıb: "Ən ağırməşqlər Pavel Yakovenkoda olurdu, ən mənasız məşqlər isə Valeri Qazzayevdə.Onun nə etmək istədiyini heç cür başa düşə bilmirdim. Gümanki, bir çoxları da başa düşə bilmirdi ki, Qazzayev nə etmək istəyir. Bəli,başqaları susurdu, amma mən susmurdum. Qazzayevinbir inancı vardı, qapımıza hücum olanda, rəqib qol vurmasın deyə, tüpürürdü. Meydanaçıxanda bizə heç bir göstəriş vermirdi, yalnız belə deyirdi: "Uşaqlar, sizəuğurlar arzulayıram. Bu gün bizdə mükafat filan qədərdir”. Vəssalam”.

Mənbə: kaspi.az