Koronavirusa qarşı heç bir tədbir almayan yeganə ölkə: Belarus

Koronavirusa qarşı heç bir tədbir almayan yeganə ölkə:  Belarus

Belarus yeni növ koronavirusa qarşı heç bir tədbir almayan yeganə ölkədir.

Metbuat.az xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko bu dəfə hokkey matçında iştirak edib. O, oyundan sonra koronavirusla bağlı bunları deyib:

"Ayaqlarının üzərində ölmək, dizlərinin üstündə yaşamaqdan yaxşıdır. Belə şeylər olur, əsas olan panikaya düşməməkdir".

Qeyd edək ki, ölkədə futbol matçları da dayandırılmayıb. Bu günə qədər Belarusda 94 yoluxma halı qeydə alınıb. 2 nəfərin koronavirusdan öldüyü deyilsə də, onlar rəsmi olaraq qeydə alınmayıb.

Mənbə: metbuat.az