"Mançester Yunayted" yeni rekorda imza ata bilər

"Real Madrid"lə "Mançester Yunayted" arasında dünya futbol tarixində rekord məbləğə transfer gerçəkləşə bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" İspaniya nəhənginin yarımmüdafiəçisi Federiko Valverdeni heyətinə qatmaq istəyir.

"Football Espana"nın iddiasına görə, İngiltərə klubu qarşıdakı transfer dönəmində 21 yaşlı uruqvaylının transferini gerçəkləşdirməyə çalışacaq. Lakin bundan ötrü "Mançester Yunayted" futbolçunun sərbəstqalma məbləğini tam ödəməlidir. Real-la futbolçu arasındakı müqavilədə sərbəstqalma məbləği olaraq 500 milyon avro göstərilib. Bu üzdən də "qırmızı şeytanlar" Valverdeni transfer etməli olsa, məhz bu məbləği ödəməli olacaq.

Qeyd edək ki, dünya futbol tarixinin ən bahalı transferi Neymarın Barcelona-dan PSJ-yə keçididi. Fransa nəhəngi bu keçid zamanı Kataloniya təmsilçisinə 222 milyon avro ödəmişdi.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

“İki dəfə başıma vurdu və Araikə səs verərsən” dedi – Qarabağ erməniləri “seçki” öncəsi bir-birini qırır

SONRAKI XƏBƏR

Koronavirus Azərbaycanda bu sektorlarına təsir etməyib