"Bəlkə də bir az kilo alacağıq" - Qvardiola

"Bəlkə də bir az kilo alacağıq" - Qvardiola

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola futbol üçün darıxıb.

Press.az xəbər verir ki, bu barədə o, klubun saytında yer alan videoda bildirib. İspan mütəxəssis koronavirus səbəbindən sahib olduğu həyat üçün də darıxdığını söyləyib: "Amma indi elm insanlarını, həkimləri dinləmək zamanıdır".

Qvardiola klubun azarkeşlərinə də müraciət edib: "Siz mənim futbol ailəmsiniz, sizin daha yaxşı olmağınız üçün mümkün olan hər şeyi edəcəyik. Daha güclü, daha yaxşı formada geri qayıdacağıq. Bəlkə də bir az kilo alacağıq. Evdə qalın, sağlam qalın".

Mənbə: press.az