"Bu məsələlələr hələ də öz həllini tapmayıb"

"Bu məsələlələr hələ də öz həllini tapmayıb"

İtaliya Futbol Assosiasiyasının rəhbəri Damiano Tommasi koronavirus epidemiyası üzündən dayanan A Seriyasının taleyi ilə bağlı danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, o, mövsümün oynanılmayacağı ehtimalının artdığını söyləyib:

"Hazırda mətbuatda çempionatların taleyi müzakirədədir. İdman nazirinin sözlərindən sonra A Seriyasının vaxtından əvvəl başa çatacağı ehtimal olunur. Ancaq bu vəziyyətdə ortaya başqa suallar çıxır. Məsələn, futbolçuların klublarla müqavilələri necə olacaq?. Bu mövsüm tamamlanmasa, oyunçuların sözləşmədəki maddələri necə icra ediləcək? Bu məsələlələr hələ də öz həllini tapmayıb".

Qeyd edək ki, İtaliyanın idman naziri ötən gün bu şərtlərdə A Seriyasının yarımçıq dayanacağını açıqlamışdı.

Mənbə: news.milli.az