Erməni soyadını daşıyan yəhudi şahmatçının filippinli arvadı qəzada öldü

Erməni soyadını daşıyan yəhudi şahmatçının filippinli arvadı qəzada öldü

İrəvanda bir neçə gün əvvəl baş verən qəzadan sonra yəhudi şahmatçı (onun atası yəhudi, anası ermənidir), qrossmeyster, FIDE Qran Prisinin qalibi Levon Aronyanın (ilk soyadı Lev Aronov olub) həyat yoldaşı Ariana Kaolin vəfat edib.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, 2001-ci ildən Almaniyada yaşayan şahmatçı həyat yoldaşının ölümü ilə bağlı tvit yazıb: “Həyat yoldaşımın ölümünə görə kədərimi bildirmək üçün söz tapa bilmirəm. Ağıllı, çalışqan və şən bir insan idi, tam və gözəl bir həyat yaşadı … Mən səni sevirəm, dincəl… “.

Ariana Kaolin 14 martda İrəvanda qəza keçirib. Sebastia küçəsində “Lexus” markalı avtomobili beton dirəyə çırpılıb. Qəzadan sonra Ariana bir neçə əməliyyat keçirib.

Mərhum 22 dekabr 1986-cı ildə anadan olub. Əslən filippinlidir. O, Avstraliya şahmatçısı, qadınlar arasında beynəlxalq FİDE ustası idi.

Qeyd edək ki, Levon İrəvanda doğulduğuna və anası erməni olduğuna görə familiyasını dəyişdirib və şahmat üzrə Ermənistan millisinin tərkibində bir sıra uğurlara əl atıb.

O, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Qarabağın Xankəndi şəhərində 2005-ci ildə təşkil edilən şahmat yarışında da gücünü sınayıb.

2016-cı ildə CNN telekanalı onu “Şahmat dünyasının Devid Bekhemi” adlandırıb.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az