Portuqaliya futbolunun məşhur simalarından 150 min maska

Portuqaliya futbolunun məşhur simalarından 150 min maska

Portuqaliya futbolunun məşhur simaları Portudakı dövlət xəstəxanasına koronavirusla mübarizə üçün 150 min tibbi maska ianə edib.

Press.az "A Bola"ya istinadən xəbər verir ki, bu təşəbbüs məşhur futbol agenti Jorje Mendeş tərəfindən irəli sürülüb.

Xeyriyyə aksiyasında məşqçilərdən Joze Mourinyo ("Tottenhem"), Brunu Laje ("Benfika"), Nunu Eşpiritu Santu ("Vulverhempton") və 25 oyunçu – Kriştiano Ronaldo ("Yuventus"), Andre Silva ("Ayntraxt" / "Milan"), Bernard Silva, Joau Kanselu (hər ikisi "Mançester Siti"), Dioqu Jota, Joau Moutinyu, Ruy Patrisiu, Pedru Netu, Ruben Neveş, Ruben Vinaqre (hamısı "Vulverhempton"), Dieqo Souza, Pizzi, Ruben Diaş (hamısı "Benfika"), Qonsalu Qedeş ("Valensiya"), Joau Kamaşu ("Nasional"), Joau Feliks ("Atletiko"), Luizinyu ("Uesk"), Nelson Semedu ("Barselona"), Pepe ("Portu"), Renatu Sanşeş ("Lill"), Rikardu Karvalyu ("Şanxat SİPQ") və Valdir Kardozu (sabiq "Riu Ave"li) iştirak edib.

Mənbə: press.az