FIDE reytinqi: Rəcəbov mövqeyini qorudu, Məmmədyarov ilk "10-luğ"u tərk etdi

FIDE reytinqi: Rəcəbov mövqeyini qorudu, Məmmədyarov ilk "10-luğ"u tərk etdi

Beynəlxalq Şahmat Federasiyası (FIDE) mart ayı üçün reytinq siyahısını açıqlayıb.

"Report" FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın bir təmsilçisi yer alıb.

Koronavirus pandemiyasına görə İddiaçılar Turnirindən imtina edən Dünya Kubokunun qalibi Teymur Rəcəbov 9-cu pillədəki yerini qoruyub. Onun aktivində 2 765 xal var.

Şəhriyar Məmmədyarov isə 10-cu sıradakı mövqeyini itirib. 2764 xalı olan Məmmədyarov 1 pillə geriləyərək, 11-ci yerdə qərarlaşıb.

Mənbə: report.az