“Qalatasaray”ın vitse-prezidenti koronavirusdan sağaldı

“Qalatasaray”ın vitse-prezidenti koronavirusdan sağaldı

Türkiyənin “Qalatasaray” futbol klubunun vitse-prezidenti Abdurrahim Albayrak koronavirusdan sağalıb. Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.

"14 gün müalicə aldığım xəstəxanadan buraxılırıq. Bundan sonra müalicəmi evdə davam etdirəcəyəm",- deyən Albayrak tibb işçilərinə təşəkkür edib.

Şahanə Rəhimli

Mənbə: azvision.az