"Tottenhem" bütün işçilərinin maaşlarını azaltdı

"Tottenhem" bütün işçilərinin maaşlarını azaltdı

"Tottenhem" koronavirus pandemiyası ilə əlaqədar yaranan böhran vəziyyəti səbəbindən bütün işçilərinin aprel-may ayları üçün olan maaşlarını 20% azaldıb.

Fanat.Az xəbər verir ki, "Tottenhem" prezidenti Deniel Levi məlumatı təsdiqləyib. Bu addımın klubdakı iş yerlərinin saxlanılması üçün atıldığı bildirilib. Maaşların azaldılması futbolçulara şamid edilməyib.

Daha əvvəl İngiltərə Premyer Liqasında çıxış edən klublardan "Nyukasl" bənzər addım atmışdı.

Fanat.Az

Mənbə: fanat.az