Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyası #evdəqal kampaniyasına qoşuldu - VİDEO

Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyası #evdəqal kampaniyasına qoşuldu  - VİDEO

Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyası koronavirus (COVID- 19) epidemiyasına yoluxma hallarının qarşısını almaq məqsədi ilə #evdəqal kampaniyasına qoşulub.

“Qafqazinfo” xəbər verir ki, təqdim olunan videoçarxda Federasiyanın prezidenti Azad Əsgərov, 1-ci vitse-prezident Tural Mirzəyev, grappling üzrə vitse-prezident Kamil Qocayev, MMA üzrə baş məşqçi Vilayət Quliyev, grappling üzrə baş məşqçi Əkbər Hadıyev, əməkdar idman ustası Akşin Babayev yer alıb.

Onlar son zamanlar dünyada geniş vüstə alan pandemiyaya qarşı birlikdə mübarizə aparmağa çağırıblar.

 

Mənbə: qafqazinfo.az