"Bavariya"nın futbolçusu qəzaya düşdü

"Bavariya"nın futbolçusu qəzaya düşdü

Almaniyanın "Bavariya" klubunun futbolçusu Jerom Boatenq avtomobil qəzasına düşüb.

"Report"un "TV Oberfranken"ə istinadən verdiyi məlumata görə, hadisə 32 yaşlı müdafiəçinin qarlı havada yay rezin təkərləri olan "Mercedes"lə yola çıxması üzündən baş verib. Həmin vaxt o, Leyptsiqə oğlunun yanına gedirmiş.

Hərəkət vaxtı maşın yoldan sürüşərək yan səddə dəyib. Nəticədə avtomobilə 25 min avro ziyan dəyib. Oyunçunun özü isə xəsarət almayıb.

Qeyd edək ki, Jerom Boatenq "Bavariya"ya 2011-ci ilin yayında İngiltərənin "Mançester Siti" klubundan 13,5 milyon avroya keçib. Təcrübəli futbolçu bu mövsüm Almaniya Bundesliqasında 16 oyuna 1 məhsuldar ötürmə müəllifi olub. Onun Münhen təmsilçisi ilə müqaviləsi 2021-ci ilin yayınadəkdir.

Mənbə: report.az