Mbappe dələduzluqla üzləşdi

Mbappe dələduzluqla üzləşdi

Fransanın PSJ klubunun hücumçusu Kilian Mbappe dələduzluqla üzləşib.

“Report” xəbər verir ki, bu barədə “L Equipe” bildirib.

Məlumata görə, fransız hücumçunun adı kriptovalyutanın reklamında onun razılığı olmadan istifadə edilib. Reklamda Mbappenin fotosu dərc edilib. Futbolçu bununla bağlı məhkəməyə müraciət etmək niyyətindədir.

Mbappe Fransa çempionatının cari mövsümündə 20 matç keçirib, 18 qol vurub və 5 məhsuldar ötürmə edib. O, həmçinin Çempionlar Liqasının 7 matçında 5 qol vurub.

Mbappenin parislilərlə müqaviləsi 2022-ci ilin yayına qədər nəzərdə tutulub.

Mənbə: www.bizimyol.info