Reytinq açıqlandı: İki güləşçimiz ilk "10-luq"da

Reytinq açıqlandı: İki güləşçimiz ilk "10-luq"da

Dünya Güləş Birliyi (UWW) sərbəst güləşdə olimpiya çəkiləri üzrə yeni reytinq sıralamasını açıqlayıb.

Sport7.az xəbər verir ki, yığmamızın iki üzvü öz çəkilərində ilk "10-luq”da yer alıb.

Dünya çempionatında gümüş medal qazanan Şərif Şərifov (97 kq) 40 xalla 3-cü yerdədir. Avropa çempionatında bürünc medal əldə edən Camaləddin Məhəmmədov (125 kq) isə 34 xalla 4-cü pillədə qərarlaşıb.

Reytinq sıralaması dünya çempionatı və ondan sonra keçirilən mühüm turnirlərin nəticələrinə əsasən formalaşıb.

Sport7.az

Mənbə: sport7.az