UEFA "Bavariya"nı 40 min avro cərimələdi

UEFA "Bavariya"nı 40 min avro cərimələdi

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində oynanılan matçlarda qeydə alınan qayda pozuntularına görə cərimələri açıqlayıb.

Fanat.Az xəbər verir ki, "Napoli" ilə oyunun (1:1) gec başlamasına səbəb olan "Barselona" 15 min avro cərimələnib. "Bavariya", azarkeşlərinin açdığı təxribatçı və aqressiv məzmunlu pankartlara görə 20 min avro ödəməli olacaq. Həmçinin Münhen klubu "Çelsi" ilə görüşdən sonra fanatlarının törətdiyi iğtişaşlar səbəbindən də eyni miqdarda cərimələnib.

"Atletiko" azarkeşləri "Liverpul"la oyundan (1:0) sonra stadionun çıxışını bağlamışdılar. Buna görə Madrid təmsilçisi UEFA-nın kassasına 24 min avro köçürməli olacaq. "Tottenhem" isə "Layptsiq"lə matçın (0:1) gec başlaması səbəbindən 20 min avro cərimələnib.

Fanat.Az

Mənbə: www.fanat.az