Puarye Ferqyusona meydan oxudu: "Onu məğlub edə bilərəm"

Puarye Ferqyusona meydan oxudu: "Onu məğlub edə bilərəm"

Dastin Puarye UFC 249 çərçivəsində Həbib Nurməhəmmədovu əvəzləmək və Toni Ferqyusonla döyüşmək niyyətindədi.

Fanat.Az xəbər verir ki, amerikalı idmançı son açıqlamasında Ferqyusona qalib gəlmək gücündə olduğunu bildirib:

"UFC 249-da istənilən rəqiblə döyüşməyə hazıram. Məncə, Ferqyusonu məğlub edə bilərəm. Həqiqətən, belə düşünürəm.

Castin Qeyci də döyüşməyə hazırdı. Mən böyük məmnuniyyətlə onunla revanş döyüşünə çıxardım".

Rusiya koronavirus pandemiyası səbəbindən sərhədləri bağladığı üçün Həbib Nurməhəmmədov ölkədən çıxa bilmir. Bu səbəbdən Ferqyusonla döyüşün baş tutmayacağı gözlənilir

Mənbə: fanat.az