WADA Beynəlxalq Taekvondo Federasiyası barədə qərarını dəyişdi

WADA Beynəlxalq Taekvondo Federasiyası barədə qərarını dəyişdi

Ümumdünya Antidopinq Agentliyi (WADA) Beynəlxalq Taekvondo Federasiyasını (ITF) Ümumdünya Antidopinq Məcəlləsinə uyğun olmayan təşkilatların siyahısından çıxarıb.

“Report” WADA-nın rəsmi saytına istinadən xəbər verir ki, qurum federasiyanın antidopinq kodeksindəki uyğunsuzluqların aradan qaldırılmasına yönəlmiş bir sıra tədbirlərini qeyd edib.

Eyni zamanda vurğulanıb ki, agentlik hazırkı statusunu qorumaq üçün ITF ilə gələcəkdə də əməkdaşlıq etmək niyyətindədir.

Xatırladaq ki, 2019-cu il sentyabrın 23-də WADA İcraiyyə Komitəsi ITF-nin uyğunluq statusunu ləğv edib. Buna səbəb federasiyanın antidopinq kodeksi beynəlxalq standartlara uyğun olmamasıdır. ITF nümayəndələri qərara 21 gün ərzində etiraz edə bilərdilər, lakin bunu etməyibilər.

ITF üzvləri olimpiadada iştirak edən Beynəlxalq Yay Olimpiya İdman Federasiyaları Assosiasiyasının üzvü deyil. Taekvondo təşkilatda Ümumdünya Taekvondo Federasiyası tərəfindən təmsil olunur.

Mənbə: report.az