Ronaldu iki klubdan birinə keçə bilər

Ronaldu iki klubdan birinə keçə bilər

İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldu yayda komandanı tərk edə bilər.

"Report"un "Marca"ya istinadən verdiyi məlumata görə, 35 yaşlı hücumçunu əldə etməyə Fransa PSJ-si iddialıdır. Paris təmsilçisi maliyyə problemləri yaşayan Turin klubunun portuqaliyalı forvardına sərfəli müqavilə təklif etmək niyyətindədir.

Ronaldunun İngiltərə "Mançester Yunayted"inə qayıdış variantı da var. O, "qırmızı şeytanlar"ın şərəfini 2003 - 2009-cu illərdə qoruyub.

Daha öncə "Yuventus"un, üzləşdiyi maliyyə böhranının nəticələrini aradan qaldırmaq üçün hücumçusunu 70 milyon avroya satmasının mümkünlüyünə dair xəbər yayılıb.

Qeyd edək ki, bu mövsüm Kriştianu Ronaldu "ağ-qaralar"ın heyətində 32 oyuna 25 qol vurub və 4 məhsuldar ötürmə verib. Onun hazırkı müqaviləsi 2022-ci ilin iyununadək qüvvədədir.

Mənbə: report.az