Çempionlar Liqası və Avropa Liqası nə vaxt başlayır?

Çempionlar Liqası və Avropa Liqası nə vaxt başlayır?

UEFA bu gün 55 ölkə federasiyalarının nümayəndələri ilə videokonfrans vasitəsilə iclas keçirib.

Bu barədə mynet.com saytı Almaniyanın ZDF nəşrinə istinadən məlumat yayıb.

İclasın gündəliyi koronavirus pandemiyası ilə bağlı fasilə verilən çempionatlar olub.

Mənbəyə görə, UEFA Çempionlar Liqası və Avropa Liqası oyunlarının iyul-avqust aylarında keçirilməsinə qərar verilib. Qərara əsasən, iyun ayına nəzərdə tutulan bütün beynəlxalq qarşılaşmalar təxirə salınıb və payıza qədər də baş tutmayacaq.

Mənbə: www.oxu.az