Məşhur futbolçudan böyük jest

Məşhur futbolçudan böyük jest

Belçikanın köklü klublarından olan "Anderlext"in rəhbərliyi koronovirusa görə futbolçulardan fədakarlıq göstərərək, məvaciblərin bir qismindən imtina etmələrini istəyib.

Sport7.az xəbər verir ki, klubun hyəm futbolçusu, həm də meneceri Vinsent Kompani ödəniləcək pulu öz üzərinə götürüb.

Belçika mətbuatının yazdığına görə, futbolçu həmkarlarının maaşlarının kəsilməsini istəməyən Kompani lazım olan məbləği öz cibindən ödəmək istədiyini bildirib.

Futbolçunun bu jesti alqışla qarşılanıb.

Sport7.az

Mənbə: sport7.az