Braziliya klubunun prezidentinə koronavirus şoku

Braziliya klubunun prezidentinə koronavirus şoku

"Kruzeyro"nun prezidenti Xose Dalay Roşa da koronavirusa yoluxub.

Offsudeplus.az xəbər verir ki, Braziliya klubunun rəhbəri ilə yanaşı, İdarə Heyətinin üzvü olan Aleşandre Fariyanın da testinin nəticəsi pozitiv olub. Onlar evli olduqlarından bir-birilərini yoluxdurublar. Cütlüyün qızlarında da koronavirus aşkarlanıb.

Qeyd edək ki, Braziliyanın digər klubu "İnternasional"ın prezidenti Marselona Medeyros da eyni hal aşkarlanıb. Hər iki komanda rəsmisi xüsusi xəstəxanalarda müalicə alırlar.

Mənbə: offsideplus.az