Avropa klubları futbolçularla müqavilələri uzadacaq

UEFA quruma üzv olan 55 milli assosiasiyanın baş katibləri ilə videokonfrans keçirib.

“Report”un AS nəşrinə istinadən verdiyi məlumatına görə, iclasdan sonra bir sıra qərarlar qəbul edilib. Onlardan biri cari mövsümü başa vurmaq üçün oyunçuların müqavilələrinin uzadılması ilə bağlıdır.

30 iyunda başa çatan sözləşmələr uzadılmalıdır. Bu klubların saxlamaq istədikləri oyunçular üçün deyib, bütün futbolçulara şamil olunmalıdır.

Qeyd edək ki, koronavirus pandemiyasına görə Azərbaycan Premyer Liqası da dayandırılıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ-da koronavirusdan ən çox ölmə hallarının növbəti iki-üç həftə ərzində baş verəcəyi gözlənilir

SONRAKI XƏBƏR

Ukrayna istehsal etdiyi raketi sınaqdan keçirib