"Barselona" Umtitiyə qiymət qoydu

"Barselona" Umtitiyə qiymət qoydu

"Barselona" yolları ayırmağa hazırlaşdığı futbolçusu Samuel Umtitiyə qiymət qoyub.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 26 yaşlı müdafiəçini 50 milyon avrodan aşağı qiymətə satmağı planlaşdırmır.

Qeyd edək ki, Umtiti ilə "Mançester Yunayted", "Arsenal" və "Çelsi"nin maraqlandığı iddia olunur.

Mənbə: qol.az