Bundesliqanin bərpa müddəti uzadıldı - Çempionat aprelin 30-da başlaya bilər

Bundesliqanin bərpa müddəti uzadıldı - Çempionat aprelin 30-da başlaya bilər

Koronavirus səbəbi ilə təxirə salınan Almaniya bundesliqasının bərpa müddəti uzadılıb. Bu barədə Almaniya Futbol Liqasının prezidenti Kristian Zayfer açıqlama verib.

O bildirib ki, Bundesliqa oyunları ən az aprelin 30-una qədər oynanılmayacaq. Əlavə olaraq klubların aprelin 5-inə qədər stadionun bazalarında məşq etməsi də qadağan edilib. Qeyd edək ki, ilkin qərara əsasən bundesliqa və ikinci bundesliqanın oyunları aprelin ikisinə qədər təxirə salınmışdı.

atv.az

Mənbə: www.atv.az