UEFA Avropa çempionatlarının final mərhələlərini ləğv etdi

17 yaşadək futbolçulardan və 19 yaşadək qadınlardan ibarət milli komandalar arasında müvafiq olaraq may və iyul aylarında keçirilməli olan Avropa çempionatlarının final mərhələləri ləğv olunub.

“Report”un UEFA-nın saytına istinadən məlumatına görə, bu barədə qərar qurumun İcraiyyə Komitəsinin bugünkü iclasında qəbul olunub.

Həmçinin 17 yaşadək qadınlardan və 19 yaşadək futbolçulardan ibarət yığmalar arasında may və iyul aylarına nəzərdə tutulan Avropa çempionatlarının final mərhələləri qeyri-müəyyən müddətədək təxirə salınıb.

Hər iki turnir dünya çempionatına təsnifat xarakteri daşıyır.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Koronavirusu sürətlə yayan vasitə BƏLLİ OLDU

SONRAKI XƏBƏR

Küçələri boş qalan ölkələr... - Video