DÜNƏNKİ FUTBOL: Van Qolun 10 ən yaxşı qolu - VİDEO

DÜNƏNKİ FUTBOL: Van Qolun 10 ən yaxşı qolu - VİDEO

Rud van Nistelroy 2001-ci ildə PSV-dən "Mançester Yunayted”ə keçəndə 25 yaşına yeni qədəm qoymuşdu. Mövqe seçimi, cərimə meydançasının içərisində özünü olduqca soyuqqanlı aparması, gözəl qol duyumu onu MY fanatlarının sevimlisinə çevirdi.

5 il top qovduğu Mançester təmsilçisinin formasıyla çıxdığı 150 oyunda 95 qol vuran forvard sonrakı 4 ili Madrid "Real”ında keçirdi. Karyerasının zirvəsini aşandan sonra isə Almaniyada "Hamburq”, İspaniyada "Malaqa”nın formasıyla qapıçılara çətin anlar yaşatdı.

Fanatların Vantastik, Van Qol kimi ləqəblər qoyduğu niderlandlı dövrünün qol maşını sayılırdı. Klub karyerası ərzində 449 matçda 249 qolla yadda qalan futbolçu 70 dəfə oynadığı Niderland millisində 35 dəfə rəqib qapılarını dəqiq nişan alıb.

Hücumçu 2012-ci ildə kareyarısını bitirib. Hazırda PSV-nin aşağı yaş qrupları üzrə komandalarında hücumçularla işləyən məşqçidi.

Fanat.Az Ru van Nistelroyun ən yaddaqalan qollarını təqdim edir:

Mənbə: www.fanat.az